"Samsung" firmasının IV rüb üzrə mənfəəti kəskin azalıb | Banco.az

"Samsung" firmasının IV rüb üzrə mənfəəti kəskin azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Samsung” firması IV rübdə 3,4 milyard dollar mənfəət əldə edib.

Banco.az xəbər verir ki, yaddaş çiplərinin qiymətinin aşağı düşməsi və elektronikaya tələbatın azalması səbəbindən Cənubi Koreyalı texnologiya nəhəngi “Samsung”un rüblük mənfəəti 8 ilin ən aşağı səviyyəsinə geriləyib.

Şirkətin dördüncü rübdəki mənfəəti 69 faiz azalaraq 4,3 trilyon von (3,4 milyard dollar) olub. Analitiklər isə bu göstəricinin 6,7 trilyon von (5,3 milyard dollar) olacağını gözləyirdilər.

Sözügedən dövrdə “Samsung”un satışları da keçən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq 70 trilyon von (55,3 milyard dollar) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Analitiklər mobil telefon və yaddaş çipi satışı baxımından çətin dövrdən keçən “Samsung”un 2023-cü ilin ilk rübündə də mənfəət itkisi ilə üzləşəcəyini istisna etmirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et