“Samsung” ən bahalı qatlanan smartfonunu təqdim edib | Banco.az

“Samsung” ən bahalı qatlanan smartfonunu təqdim edib

Müəllif:Ayşən İmanova/Bnco.az

Koreyanın “Samsung” korporasiyası qatlanan “Galaxy Z Fold Special Edition” smartfonunu təqdim edib.

Banco.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında yerləşdirilib.

İnsayderlər rekord nazik və bahalı cihazın elanını yayda proqnozlaşdırmışdılar, lakin cihaz hesabatlarda “Galaxy Z Fold 6 Slim” adı ilə göründü. Yeni “Z Fold Special Edition” hazırda “Samsung”un ən bahalı qatlanan smartfonu hesab olunur. O, 2,789 milyon von (2 min dollardan çox) dəyərində qiymətləndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Cihaz həmçinin qalınlığı 10,6 millimetr və çəkisi 236 qram olan ultra nazik korpusa malikdir. Beləliklə, o, “Galaxy Z Fold 6”dan 1,5 millimetr nazik və 3 qram yüngüldür. Smartfon Snapdragon 8 Gen 3 prosessoru, 16 giqabayt operativ yaddaş və 512 giqabayt daxili yaddaş əldə edib.

“Galaxy Z Fold Special Edition” 8 düymədək böyüdülmüş əsas displey və 6,5 düymədək daxili displeyə malikdir. Cihazın arxa panelində 200, 12 və 10 meqapiksel təsvir ölçülü linzaları olan üçlü kamera var. O, saniyədə 30 kadr sürətlə 8K video çəkməyi dəstəkləyir. Smartfon həmçinin 4400 milliamper-saat tutumlu akkumulyator alıb.

Yeni flaqmanın satışı oktyabrın 25-də başlayacaq. Hələlik cihaz yalnız Cənubi Koreyada satılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et