“Samsung” Cənubi Koreyada çip istehsalının inkişafı üçün investisiya yatıracaq | Banco.az

“Samsung” Cənubi Koreyada çip istehsalının inkişafı üçün investisiya yatıracaq

Müəllif - Aida İsaq, Banco.az

Yaxın 20 ildə “Samsung” Cənubi Koreyada çip istehsalının inkişafına təxminən 230 milyard dollar xərcləməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Samsung”un investisiyaları qlobal bazarda çip, displey, akkumulyator və digər yüksək texnologiyalı məhsulların yerli istehsalçılarının rəqabət qabiliyyətinin artırılması üzrə hökumət strategiyasının bir hissəsidir.

Ümumilikdə rəsmi Seul 2042-ci ilə qədər sənayeni dəstəkləmək üçün 550 trilyon von ayırmaq niyyətindədir. Cənubi Koreya hökuməti nağd pul inyeksiyalarına əlavə olaraq texnologiya müəssisələri üçün vergi sənayesini genişləndirməyi planlaşdırır.

Məlumata görə, 2042-ci ilə qədər “Samsung”un yarımkeçirici istehsal gücü beş fabrikdən ibarət olacaq. Bunları təmin etmək üçün texnologiya nəhəngi 150 material, komponent və avadanlıq istehsalçısını cəlb etmək niyyətindədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram