“Samsung” altı günlük iş həftəsi tətbiq edəcək | Banco.az

“Samsung” altı günlük iş həftəsi tətbiq edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“Samsung Group”un bütün bölmələrinin rəhbərləri bu həftədən etibarən həftənin altı günü işləyəcəklər.

Banco.az xəbər verir ki,qərar vonun kəskin azalması, neftin qiymətinin artması və şirkətin 2023-cü il üçün zəif maliyyə nəticələri ilə bağlıdır.

Şirkət rəsmilərinin verdiyi məlumata görə, “Samsung Electronics”in rəhbərləri şənbə və ya bazar günü işləyəcəklər. Onlar həmçinin "dəyişən biznes mühitinə uyğunlaşmaq üçün" bölmələrinin biznes strategiyalarını nəzərdən keçirəcəklər.

“Samsung Electronics də daxil olmaqla, əsas bölmələrimizin göstəriciləri 2023-cü ildə gözləntiləri doğrultmadığını nəzərə alaraq, biz rəhbərlərə böhran hissini çatdırmaq və onu aradan qaldırmaq üçün bütün səyləri göstərərək altı günlük iş həftəsi tətbiq edirik”, - Samsung Group-un rəhbəri bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2023-cü ildə Samsung Electronics 15 trilyon von (11 milyard dollar) əməliyyat itkisi qeydə alıb ki, bunun da böyük hissəsi yarımkeçiricilər biznesinə nəzarət edən “Device Solutions” bölməsindən gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et