Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin təkrar strukturlaşdırılması planının xarici kreditorlar tərəfindən razılaşdırılması ilə bağlı vəziyyət iyulun ortalarınadək aydınlaşacaq.
Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
O deyib: “Biz artıq ictimaiyyəti danışıqlar prosesi barədə məlumatlandırmışıq. Vəziyyət gələn ayın ortalarınadək aydınlaşmalıdır. Bundan başqa, hələlik bir şey deyə bilmərəm”.
Mənbə: Trend.az