Salvador prezidenti 5 min pasportun pulsuz paylanacağını açıqlayıb | Banco.az

Salvador prezidenti 5 min pasportun pulsuz paylanacağını açıqlayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Salvador prezidenti Nayib Bukele 5 min ölkə pasportunun xarici ixtisaslı alimlərə, mühəndislərə, həkimlərə, sənətçilərə və hətta filosoflara pulsuz paylanacağını açıqlayıb.

Banco.az xəbər verir ki, Salvador vətəndaşlığından əlavə, ölkə başçısı bu görkəmli şəxslər üçün sıfır vergi dərəcəsi vəd edir.

Bukele hesab edir ki, onların töhfəsi cəmiyyətə və ölkənin gələcəyinə böyük təsir göstərəcək.

“Bu, əhalimizin 0,1%-dən azını təşkil edir, ona görə də onlara tam vətəndaş statusunun, o cümlədən səsvermə hüququ verilməsi problem deyil. 

Bundan əlavə, biz ailələrin və əmlakın hərəkəti ilə bağlı sıfır vergi və tarifləri təmin etməklə onların köçürülməsini asanlaşdıracağıq. Bura aparat, proqram təminatı və əqli mülkiyyət kimi kommersiya dəyəri olan maddələr daxildir”-,deyə Salvador Prezidenti qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et