"Salam, Azərbaycan!" və "Şəki gözəlliyinin sehri" adlı kitabların təqdimat mərasimi keçirildi | Banco.az

"Salam, Azərbaycan!" və "Şəki gözəlliyinin sehri" adlı kitabların təqdimat mərasimi keçirildi

Azərbaycanın qədim tarixi, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini və və adət və ənənələrini əks etdirən yüksək səviyyəli çap məhsullarının hazırlanması ölkəmizin tanıdılması və təbliği üçün çox önəmlidir.

Bu baxımdan "İrs" silsiləsi çərçivəsində hazırlanmış "Salam, Azərbaycan!" və "Şəki gözəlliyinin sehri" adlı kitabları mədəni irsimizin müxtəlif sahələrini əks etdirən və indiyədək hazırlanmış silsilə kitabların ("Azərbaycan inciləri", "Gəncə - Nizami yurdu", "Qədim və gözəl Qarabağ", "Daş keşikçilər", "Qarabağ. Əsrlərin salnaməsi", "Bakı simfoniyası", "Məftun edən şəhər (Şəki)", "Naxçıvan Şərqin əfsanəsi", "Təbrizin səbirli nağılları", "Qobustan - Minilliklərin kitabı", "Qədim qalanın yuxuları (İçərişəhər)" davamı kimi qiymətləndirilir.

Nəfis tərtibi və yüksək bədii estetik görünüşü ilə fərqlənən "Salam, Azərbaycan" kitabı ölkəmizin, onun tarixini, mədəniyyətini, təbiətini, mətbəxi və dinamik inkişafını özündə geniş əks etdirir.

"Şəki gözəlliyin sehri" kitabında da artıq iki ildir UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməklə bütün bəşəriyyətin mədəni sərvətləri sırasında öz layiqli yerini almış Xan Sarayı və qədim Şəkinin tarixi ərazisi barədə təfsilatlı məlumat verir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et