Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Fonddan verilən məlumata görə, görüşdə Cənub Qaz Dəhlizi layihəsi, ARDNF-nin də sərmayə yatırdığı EBRD-nin idarə etdiyi Səhm İştirak Fondu, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.
Mənbə: Report.az