Şahmar Mövsümov: "ARDNF-ə daxil olan vəsaitin təxminən 75%-i infrastruktur layihələrinə yönəldilib" | Banco.az

Şahmar Mövsümov: "ARDNF-ə daxil olan vəsaitin təxminən 75%-i infrastruktur layihələrinə yönəldilib"

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaradılandan daxil olan vəsaitin təxminən 75%-i infrastruktur layihələrinə yönəldilib.

Bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində bildirib.

O, xatıladıb ki, ARDNF 1999-cu ildə yaradılıb və Fondun əsas gəlir mənbəyi dövlətin payına düşən neft-qaz satışından daxil olan gəlirlərdir: “Fond yaradılandan bura 130 mlrd. ABŞ dollarından çox vəsait daxil olub ki, onun da təxminən 75%-i infrastruktur, inkişaf layihələrinə yönəldilib, 25%-i isə saxlanılıb. Hazırda Fondun 35 mlrd. dollar aktivi var. Qanuna görə, ARDNF ölkə daxilində investisiya yatırmaq hüququna malik deyil. Bizim bütün investisiyalar beynəlxalqdır, qlobaldır, investisiya portfeli kifayət qədər şaxələndirilib, dünya üzrə müxtəlif aktivlərdə yatırılıb”. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az