Sahiblərinə milyonlar qazandıran sadə icadlar | Banco.az

Sahiblərinə milyonlar qazandıran sadə icadlar

Hərdən çox sadə, lakin böyük ideyaların nəticəsi olan məhsullar öz yaradıcılarına milyonlar bəxş edə bilir. Çünki, bu şəxslər heç kəsin ağlına gəlməyən, lakin istifadəsinə həqiqətən ehtiyac olan məhsulları ixtira edirlər. Banco.az olaraq sizə 13 belə ixtiranı təqdim edirik.

Smaylik. Bu rəsmin müəllifi amerikalı rəssam Harvi Bolldur. Bu fikir onun ağlına 1963-cü ildə gəlib. Amma maraqlısı odur ki, Harvi “smaylik” üzrəində  hüququnu cəmi 45 dollara sata bilib. Çox keçmədən 2 qardaş-Bernar və Mürrey Speyn məhsulun çox nəhəng marketinq potensialına malik olduğunu dərk edirlər.  Tezliklə onlar şəklin lisenziyasının satışından təxminən 50 mln dollar qazanırlar.

Bu oyuncaq demək olar ki, dünyanın hər yerində böyük poplyarlıq qazanıb. Oyuncağın yaradıcı isə Riçard Ceymsdir. Belə bir oyuncaq yaratmaq ideyası onun ağlına təsadüfən gəlib. Belə ki, əlindən yerə düşən prujunun yenidən yuxarı qayıtdığını görən Riçard, ideyasını gerçəkləşdirməyi qərara alıb. Beləcə, Riçard və ailəsi 250 mln dolllara yaxın pul qazanıblar.

Kefcil borucuqlar.  Bu əşyanın yaradıcısı uşaqlardan ilhamlanıb. O, uşaqlar süd və şirə içərkən, prosesi daha əyləncəli etməyin yolları axtarıb və nəticə göz qabağındadır. Həmçinin, düz borucuqdan fərqli olaraq, belə kələ-kötürlük, içkiyə bir qədər “qazlılıq” effekti verir.

Yastıq oyuncaqlar. Bir dəfə Cenifer Telfer müşahidə edir ki, oğlu yatarkən oyuncaqlarından yastıq kimi istifadə edir. Bu zaman o anlayır ki, yeni unikal bir kəşfə ehtiyac var. Elə bundan sonra müxtəlif heyvan formalı yumşaq yastıqlar uşaq mağazalarının vitrinlərini bəzəyir.

Ən sərfəli kredit üçün müraciət et

Qollu örtük. Həqiqətən, inanılmaz dərəcədə sadə, amma bir o qədər də populyar olan bu ixtiranın sahibi Skot Boylendir. Biz onun bu ixtiradan sonra nə qədər qazandığını müəyyənləşdirə bilmədik. Bircə onu bilirik ki, satışa çıxarıldığı ilk il 20 mln əddəddən artıq satılıb.

Çənbər. Hesablamalar göstərir ki, indiyə kimi bütün Yer kürəsində 100 mln.dan artıq belə halqa satılıb. Ideyanın müəllifləri isə bu ixtiraya görə çöldə babmuq halqaları ilə oynayan uşaqlara minnətdardılar. Beləliklə, bambuq material plastiklə əvəz olunur və insanların böyük marağına səbəb olan, faydalı əşyaya çevilir.

Tərsinə dayana bilən butulkalar. Pol Braun 1991-ci ildə şampun qablarına belə dizayn verdi. Daha sonra isə NASA və Heinz kimi məşhur təsisatlar belə qablaşdırmanı öz məhsullarına da tətbiq etdilər. Deyilənə görə Braun 1995-ci ildə öz şirkətini dizayn hüququ ilə birlikdə 14 mln dollara satır.

Bu vasitə 1920-ci ildə Johnson&Johnson kompaniyası tərəfindən yaradılıb. Ixtiranın maraqlı tarixçəsi var. Belə ki, əgər müəllifin həyat yoldaşı nahar hazırlayarkən əlini zədələməsəydi, bəşəriyyət bu maraqlı kəşflə bəlkə də uzun illər sonra qarşılaşa biləcəkdi.

Stikerlər.  Bu ideya da təsadüfi yaranıb. Hər şey Stiven Spensin yapışqan alması ilə başlayıb. O, yapışqanı kağıza tətbiq etdikdən sonra, kağızın hər iki tərəfindən istifadənin mümükün olduğunu anlayıb. Beləcə bu kiçik kəşf sahibinə 1 mlrd dolar qazandırıb.

Ən sərfəli krediti almaq üçün müraciət et