Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlamaq qərarına gəlib.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) depozit faizini 2%, əsas yenidən maliyyələşmə faizini 2,15%, marjinal kredit faizini isə 2,40% səviyyəsində sabit saxlayıb.
Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri də bu yöndə idi.
Avropa Mərkəzi Bankı (AMB) açıqlamasında bildirib: “İnflyasiya hazırda orta müddətli hədəf olan 2% ətrafında davam edir və İdarə Heyətinin inflyasiya proqnozuna dair qiymətləndirməsi, ümumilikdə, dəyişməyib.”
Yenilənmiş rüblük proqnozlara görə, istehlak qiymətlərinin gələn il 1,7% artacağı gözlənilir; bu da əvvəlki 1,6%-lik proqnozdan hədəfə bir qədər daha yaxın hesab olunur.
Lakin 2027-ci ildə qiymətlər əvvəlki proqnozdan bir qədər aşağı – 1,9% artacaq. Ümumi daxili məhsulun (ÜDM) isə bu il 1,2%, 2026-cı ildə isə 1% artacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!