Sahibkarların sosial sığorta üçün aylıq ödənişləri 50 manata qalxır | Banco.az

Sahibkarların sosial sığorta üçün aylıq ödənişləri 50 manata qalxır

2019-cu il sentyabrın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar fərdi sahibkarların məcburi dövlət sosial sığorta üzrə aylıq ödənişi Bakı şəhərində 50 manat təşkil edəcək.

Mövcud qanunvericiliyə əsasən, fərdi sahibkarların sosial ayırmalarının məbləği minimum əməkhaqqının 20%-ni təşkil edir. Hazırda minimum aylıq əməkhaqqı 180 manat, müvafiq olaraq sosial ayırmanın məbləği 36 manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının 250 manatadək artırılması sosial sığorta aylırma üzrə məbləğin 50 manata çatması deməkdir. Yəni ayırmanın artımı 38,9% təşkil edəcək.

İyunun 18-də Azərbaycan prezidenti İlham Əliyev Minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il sentyabrın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 250 manat təşkil edəcək.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et