Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb | Banco.az

Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Abşeron rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, Fond iş adamlarından ixtisaslaşdırılmış yaşıl marketin, müasir istixana kompleksinin, zeytunçuluq və badam təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Ən sərfəli kredit üçün müraciət et

Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.

Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-mail: [email protected]

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et