Sahibkarlara maliyyə dəstəyi göstəriləcək: Gələn həftədən sənəd qəbulu başlanılır | Banco.az

Sahibkarlara maliyyə dəstəyi göstəriləcək: Gələn həftədən sənəd qəbulu başlanılır

Dövlət Məşğulluq Agentliyi Azərbaycanda sahibkarlara maliyyə dəstəyi üzrə layihəyə başlayacaq.

Bunu agentliyin sosial tərəfdaşlıq departamentinin rəhbəri Fatimə Ələkbərova cümə günü "Qadınların Azərbaycanın kənd təsərrüfatında rolu" adlı konfrans zamanı deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində sahibkarların müraciətləri gələn həftədən başlayaraq qəbul olunacaq:

"Layihə çərçivəsində FAO ilə birgə treyninqlər keçiriləcək, eləcə də agentlik aqrar sektor üzrə sahibkarların müraciətlərinin qəbuluna başlayacaq. Öz əməkdaşlarının ştat sayını artırmaq niyyətində olan sahibkarlar bizə müraciət etməklə işçilərin əməkhaqlarının 50 faizinin bizim tərəfimizdən təmin olunması üçün dəstək ala bilər".

Qeyd edək ki, konfrans USAID tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə təşkil edilib.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et