“Sahibkarlar vergidən yayınmaq üçün “card to card” ödəniş tələb edirlər” | Banco.az

“Sahibkarlar vergidən yayınmaq üçün “card to card” ödəniş tələb edirlər”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bəyanat yayıb.  Bildirilib ki,  pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları ilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır.

Məsələyə münasibət bildirən iqtisadçı Rauf Qarayev bildirib ki, “card to card” əməliyyatı üçün xəbərdarlıq edilməsi təqdirəlayiqdir:

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu hadisələrdən xəbərdardır. Artıq bu istiqamətdə müəyyən işlər görülməyə başlanılıb. Hətta növbəti illərdə artıq “card to card” əməliyyatından bu məqsədlər üçün  istifadə etmək mümkün olmayacaq. Ümumiyyətlə “card to card” əməliyyatı vətəndaşlar üçün nəzərdə tutulub. Təəssüflər  olsun ki, sahibkarlar da vergidən yayınmaq üçün bundan geniş istifadə edirlər”. 

İqtisadçı qeyd edib ki, sahibkarlar belə ödəniş üsulunu tələb etməklə vətəndaşların hüquqlarını daraldırlar ki, bu məsələ ilə bağlı yaxın zamanda müəyyən işlərin görülməsi müzakirə edilir.

Məlumat üçün bildirək ki,  Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kardan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur", - deyə açıqlamada qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram