Sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar | Banco.az

Sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar

Səudiyyə Ərəbistanında "2015-ci il Riyad Beynəlxalq Sərgisi" keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) verilən məlumata görə, sərgi 2015-ci ilin mayın 26-29-da Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində baş tutacaq.

Sərgidə kənd təsərrüfatı, yüngül sənaye, metallurgiya və toxuculuq məhsulları nümayiş etdiriləcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar.

"2015-ci il Riyad Beynəlxalq Sərgisi"ndə iştirak etmək istəyən azərbaycanlı sahibkarlar və iş adamları Azpromo-ya müraciət edə bilərlər.

APA