Sahibinə milyardlar qazandıran pul vahidləri - Ən bahalı kriptovalyutalar | Banco.az

Sahibinə milyardlar qazandıran pul vahidləri - Ən bahalı kriptovalyutalar

Artan dəyər dedikdə ilk ağla gələn kriptovalyuta olur. Kriptovalyutaları ən çox məşhurlaşdıran isə 2009-cu ildə Satoshi Nakamoto tərəfindən istifadəyə verilən Bitcoinin 2017-ci ildə təqribən 20 min dollara qədər yüksəlməsi olub. Əksər insanın bu valyuta ilə tanışlığı da məhz 2017-ci ilə təsadüf edir. Ümumiyyətlə, kriptovalyuta kriptoqrafiya, yəni şifrələmə texnologiyası əsasında, tanıdığımız bütün pul növlərinə alternativ olaraq yaradılan alış-veriş vasitəsi, rəqəmsal əşyadır. Onların ən çox diqqət çəkən xüsusiyyətləri isə hansısa mərkəzə bağlı olmamasıdır.

Ən bahalı kriptovalyutalar və onların alternativ dəyərlərini təqdim edir:

Bitcoin - 254,4 milyard dollar;

Ethereum - 43,3 milyard dollar;

Tether - 16,7 milyard dollar;

XRP - 10,7 milyard dollar;

Bitcoin Cash - 4,4 milyard dollar;

Chainlink - 3,9 milyard dollar;

Binance Coin - 3,8 milyard dollar;

Ən sərfəli kredit üçün müraciət et

Litecoin - 3,4 milyard dollar;

Polkadot - 3,3 milyard dollar;

USD Coin - 2,9 milyard dollar.

Qeyd edək ki, önümüzdəki illərdə kriptovalyutaların ümumi dəyərinin 2 trilyon dollara qədər artacağı gözlənilir.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et