Şahbazov və Mazrouei neftin ucuzlaşmasının qarşısının alınmasını müzakirə edib | Banco.az

Şahbazov və Mazrouei neftin ucuzlaşmasının qarşısının alınmasını müzakirə edib

Vyanada səfərdə olan energetika naziri Pərviz Şahbazov OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb.

Həmçinin oxu: OPEC Azərbaycanla daimi ittifaq yaratmağa çalışır

Energetika Nazirliyindən bildirilib ki, görüşdə qlobal neft bazarının cari vəziyyəti nəzərdən keçirilib. Neftin ucuzlaşmasının qarşısının alınması, bazarda sabitliyə nail olmaq məqsədilə mümkün variantlar üzrə müzakirə aparılıb. Bildirilib ki, hazırda OPEC+ ölkələrinin neft istehsalını azaltmaları təklifi səsləndirilir. Lakin neft bazarının gələcək inkişaf istiqaməti ilə bağlı fikirlər OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin bugünkü iclasında aydınlaşacaq.

Ən sərfəli kredit üçün müraciət et

Söhbət zamanı Azərbaycanın OPEC+ əməkdaşlıq formatında rolu, eləcə də Birləşmiş Ərəb Əmirlikləri ilə ölkəmiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et