“Sadəcə küləyin əsməyi ilə böyük pullar qazana bilərik” – Elman Sadıqov | Banco.az

“Sadəcə küləyin əsməyi ilə böyük pullar qazana bilərik” – Elman Sadıqov

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir.  Ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bu barədə Banco.az-a danışan iqtisadçı Elman Sadıqov  bildirib ki, alternativ enerjiyə keçid siyasəti dünyanın gündəmində olan ən aktual məsələlərdən biridir.

Hazırda Azərbaycanın 200 QVt-lıq alternativ enerji imkanları olduğunu qeyd edən iqtisadçı bu imkanı olduqca böyük qiymətləndirib:

“Bu enerjinin əksər hissəsi külək enerjisinə aiddir. Sadəcə küləyin əsməyi ilə gələcəkdə böyük pullar qazanmaq imkanımız olacaq. Biz bu yaşıl enerjinin  25 faizini yaxın 15 il ərzində istifadə edə bilsək, qaz və neft ixracının 70-80 faizini kompensasiya etmiş olacağıq”.

Hazırda Avropa və Azərbaycan arasında enerji tərəfdaşlığının yüksək intervalda inkişaf etdiyini xatırladan E. Sadıqov deyib ki,  gələcəkdə ətraf ölkələrə enerji ixracı məsələlərində potensialı olan ölkələrdən sayılırıq:

Ən sərfəli kredit üçün müraciət et

Ekologiyanın vəziyyəti barədə danışan E.Sadıqov hesab edir ki, bu gün ətraf mühitin acınacaqlı hala düşməyinin səbəbi iqtisadiyyatdır.

“ İqtisadiyyat yaratdığı bu vəziyyəti düzəltmək məcburiyyətindədir, çünki təbiət intiqamını alır. Bu müxtəlif kataklizmlərdə hiss olunur. Biz bu intiqamın nəticələrini minimmalaşdırmaq üçün təbiəti korlayaraq qazandığımız vəsaitin bir hissəsini indi onun dirçəlməsinə yatırmaq məcburiyyətindəyik.

Bunu nə qədər nəticəyönümlü etsək, təbiətin intiqamından yan keçmiş olarıq.  Əgər buna  əhəmiyyət verməsək,  sonda təbiətin intiqamı nəyinki iqtisaidyyata , həm də hər birimizə təsir edəcək”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram