Beynəlxalq kredit reytinqi agentliyi "Moody's Investors Service" ("Moody's") Azərbaycan hökumətinə və Mərkəzi Bankına xəbərdarlıq edib.
Agentlik Azərbaycanın reytinqini təsdiq edərək açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Manat 2015-ci ilin Dekabr ayında "üzməyə" başlamış, amma 2017-ci ilin əvvəlindən Manat ABŞ dollarına qarşı çox sabit olmuşdur.
"Moody's"in fikrincə, məzənnədə qeyri-sabitliyin olmaması sual doğurur. Çünki "üzən məzənnə" rejimi barədə Mərkəzi Bankın öhdəliyi var idi.
Moody's xəbərdarlıq edir ki, Dollar/Manat məzənnəsinin sabit qalması müəssisələr və istehlakçıların arxayınçılığı ilə nəticələnə bilər. Məzənnənin sabitliyi uzunmüddətli səylərə ziddir və valyuta məzənnəsi iqtisadiyyat üçün “şok amartizatoru” olmalıdır (şokun təsirini azaldan).
Marja