Sabahdan POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlanılır | Banco.az

Sabahdan POS-terminallarla bağlı nəzarət tədbirlərinə başlanılır

Sabahdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlayacaq.

Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram