Sabah, geridə qalan həyatımızın ilk günüdür - Mark Tven | Banco.az

Sabah, geridə qalan həyatımızın ilk günüdür - Mark Tven

Bankçılar, sizə hava tərtəmizkən zorla çətirini verən amma iki damla yağış düşdüyündə də çətiri zorla əlinizdən alan insanlardır.

Mark Twain (ing. Mark Twain, əsl adı Semuel Lenqhorn Klemens ing. Samuel Langhorne Clemens; 30 noyabr 1835 – 21 aprel 1910) — görkəmli Amerika yazıçısı, jurnalisti və ictimai xadimi.

Oxuculara daha çox "Haklberri Finin sərgüzəştləri" (Adventures of Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom Sawyer) adlı romanları ilə tanışdır. Mark Twain bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olmuşdur. Tanınmış amerika yazıçıları Vilyam Folkner Tveni Amerika ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – "Haklberri Finin sərgüzəştləri" romanından "törədiyini" bildirmişdir

Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan

Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər.

Kitab oxumayan bir kimsənin, oxuma bilməyənə qarşı bir üstünlüyü yoxdur.

Insan 80 yaşında doğulub 18 yaşına qədər yavaş yavaş yaşasa daha xoşbəxt olardı.

Hər günə həyatının ən gözəl günü olması üçün şans ver.

Həyatımda bir çox problem vardı və çoxu əsla var olmadı.

Yağış duasına çıxmadan əvvəl meteorologiyanın qeydlərini qarışdırmaq hər vaxt faydalıdır.

Bundan iyirmi il sonra etmədiyiniz şeylərdən ötəri, etdiklərinizdən daha çox peşman olacaqsınız. Dəmir alın və etibarlı limanlardan çıxın artıq...

Küləkləri arxanıza alın, araşdırın, xəyal edin və kəşf edin.

Dostluq qüvvətli bir bağdır. Pula ehtiyac olanda müraciət edilməzsə, ömür boyu sürər.

Bankçılar, sizə hava tərtəmizkən zorla çətirini verən amma iki damla yağış düşdüyündə də çətiri zorla əlinizdən alan insanlardır.

Cəsarət qorxunun yoxluğu deyil, qorxuya müqavimət göstərmək, qorxuya hökm etməkdir

Xəyallarınızı itirdiyiniz an həyatınız sona çatdı deməkdir.

Başımızı dərdə salan pis şeylərin qaynağında bilmədiyimiz şeylər deyil, başımıza əsla gəlməyəcəyindən əmin olduqlarımız vardır
Cənnət ilə cəhənnəmlə əlaqədar irəli geri danışmaq istəməm çünki hər ikisində də dostlarım var.

Həyatda ehtiyac olunanlar bilməməzlik və özünə inamdır və o zaman müvəffəqiyyət şübhəsizdir.

İnsanoğlunun tək bir təsirli silahı vardır. Qəhqəhə…

Sabah, geridə qalan həyatımızın ilk günüdür.

Əxlaq mövzusunda ən əhəmiyyətli dərslər kitablardan deyil, yaşanan təcrübələrdən alınar.

Məni yarı yolda buraxdığını sanıb, o yolda qaçarkən təngnəfəs qalanlar.. Yolun sonunda sizi gözləyirəm..

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et