Ötən həftə havaçılıq tarixində əvvəllər görülməmiş bir hadisə yaşanıb. BBC xəbər agentliyinin yayımladığı məlumata görə, Almaniyanın Düsseldorf şəhərinə enməsi planlaşdırılan Britaniya Hava yollarına (British Airways) məxsus təyyarələrdən biri uçuş planında səhvə yol verilməsi səbəbilə Şotlandiyanın paytaxtı Edinburqa enib.
Britaniya Hava yolları sirkətinin əsas rəqiblərindən olan İrlandiyaya məxsus hava yolu şirkəti Ryanair isə bu fürsəti qaçırmayıb və hadisə ilə bağlı rəqibinə sataşan bir həmlə edib. Belə ki, İrlandiya hava yolu şirkəti rəsmi Twitter hesabı vasitəsilə rəqibini hədəf göstərərək atdığı bir “tvit” də “Ey Briyaniya Hava Yolları, sizin üçün bir hədiyyəmiz var.” deyərək “Axmaqlar üçün Coğrafiya” adlı bir coğrafiya kitabının rəsmini paylaşıb.
Britaniya Havayolları şirkəti isə rəqibinin həddindən artıq bəyənilən və səs gətirən bu zarafatyana “tvit” nə “Heç kəs mükəmməl deyildir.” şəklində tvit ataraq cavab verib.
Bununla yanaşı bir çox Twitter istifadəçisi də Ryanair şirkətinə “oxuması üçün” bir çox kitab tövsiyəsi edib. Hətta istifadəçilərdən biri İrlandiya hava yolu şirkətinin rəqibinə sataşdığı “tvit” nə qarşılıq olaraq “Buyurun, bu da sizin üçün, Ryanair.” deyərək “Axmaqlar üçün Müştəri xidmətləri” adlı kitabın şəklini paylaşmaqla Ryanair şirkətin müştəri xidmətlərinin yaxşı səviyyədə olmamasına diqqət çəkib. Sözügedən “tvit” də öz növbəsində böyük marağa səbəb olub.
Xatırladaq ki, Ryanair hava yolu şirkəti yanvar ayında Birləşmiş Krallığın ən az sevilən qısa məsafəli hava yolu şirkəti seçilmişdi. Odur ki, istifadəçilər reaksiyalarında haqsız sayılmazlar.
Həmçinin oxu: Türk Hava Yollarının (THY) loqosunun mənasını bilirsinizmi?
Tamara Mustafayeva, Banco.az