Ruslar bu ölkədə mənzil alışını artırıb | Banco.az

Ruslar bu ölkədə mənzil alışını artırıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ilin oktyabrında ruslar Taylandda mənzil alışını artırıb. Banco.az xəbər verir ki, adı çəkilən ölkədə daşınmaz əmlaka tələbat sentyabr ayı ilə müqayisədə 11 faiz artıb. 

Ekspertlərin fikrincə, Rusiya vətəndaşları artıq 3 ay davamlı olaraq əmlak alışını çoxaldıb. Eyni zamanda, üç aylıq müddət ərzində sentyabrda müraciətlərin sayında rekord artım qeydə alınıb.

Ümumilikdə, bu ilin on ayı ərzində rusların Tailandda mənzil almaq tələbi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 107,59 faiz artıb.

Məlumata görə, daşınmaz əmlakın alınması üçün ən çox müraciətlər Moskva, Sankt-Peterburq və Novosibirskdən gəlib. Oktyabr-noyabr aylarında ilk beşliyə Mıtişçi və Nijni Novqorod da daxil olub. 

Ekspertlər bundan öncə 2022-ci ilin oktyabr-noyabr aylarında Rusiya sakinlərinin Taylandda ev almaq tələbinin may-iyun ayları ilə müqayisədə təxminən iki dəfə artdığını açıqlayıb. Müraciətlərin əksəriyyətində 49,2 faizlə Moskva üstünlüyü ələ alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram