Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ölkələr bəlli olub | Banco.az

Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən ölkələr bəlli olub

Müəllif - Aida İsaq, Banco.az

Rusiyaya əsas mikroçiplərin və elektronika məhsullarının idxal həcmi sanksiyaların tətbiqindən əvvəlki səviyyəyə qayıdıb.

Banco.az xəbər verir ki, bunu ABŞ dövlət departamentinin sanksiyalar üzrə koordinatoru Cim Obrayen bildirib. Onun sözlərinə görə, bu, Avropa şirkətlərinin çipləri, prosessorları və inteqral sxemləri Rusiyaya təkrar göndərilməsini təmin edən üçüncü ölkələrə ixracı nəticəsində mümkün olub. Məlumata görə, Rusiyaya sanksiyalardan yan keçməkdə beş ölkə yardım edir. Sözügedən ölkələr isə, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ermənistan və Birləşmiş Ərəb Əmirlikləridir.

ABŞ nümayəndəsi sadalanan komponentlərin müasir silahların istehsalı üçün zəruri olduğunu vurğulayaraq, bu fonda Vaşinqtonun tədarükü məhdudlaşdırmağa çalışdığını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram