Müəllif - Aida İsaq, Banco.az
Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və yanacaq üçün müəyyən olunan embarqo enerji böhranına səbəb ola bilər.
Banco.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud bildirib. Onun sözlərinə görə, müvafiq məhdudiyyətlər, həmçinin sərmayə qoyuluşunun azalması zəruri məqamlarda enerji təchizatının təminatı ilə bağlı məsələyə öz mənfi təsirlərini mütləq şəkildə göstərəcək.
Qeyd edək ki, Avropa İttifaqı, G7 və Avstraliya arasında razılaşdırılan dəniz yolu ilə daşınan Rusiya neft məhsullarına qiymət limiti və Rusiyadan Aİ-yə neft məhsullarının tədarükünə embarqo qərarı fevralın 5-dən qüvvəyə minib.
Bizi sosial şəbəkələrdən izləyin!!