Müəllif - Aida İsaq, Banco.az
Yanvar ayı üzrə Rusiyanın neft qiymətlərindəki məhdudiyyətlər fonunda itirdiyi məbləğ açıqlanıb.
Banco.az xəbər verir ki, dəniz yolu ilə nəql edilən Rusiya neftinə tətbiq edilən qiymət limiti 2023-cü ilin yanvarında Rusiyanın bu məhsul üzrə ixracdan 8 milyard dollar itirməsinə səbəb olub. Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birolun sözlərinə görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30% azalma qeydə alınıb. O, qlobal enerji bazarında böhranla mübarizədə Çinin rolunun əhəmiyyətli dərəcədə artacağını qeyd edib.
Fatib Birol “Çindən tələbatın artmasının qlobal səviyyədə neft təklifinin azalmasına səbəb olmamalıdır” deyə vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!