Müəllif - Aida İsaq, Banco.az
Bildiyiniz kimi ölkələr Ukraynada baş verən hadisələr fonunda Rusiyaya qarşı müxtəlif sanksiayalar tətbiq etməyə çalışır. Ölkələr bu istiqamətdə atılan addımların Rusiya iqtisadiyyatını zəiflədəcəyi qənaətindədir. Dövlətlərin müvafiq yanaşmasına paralel olaraq Rusiyanın tədbirlər planının da artıq hazır olduğu məlum olub.
Banco.az xəbər verir ki, “Vedomosti” qəzetinin ilkin məlumatlarına əsasən Rusiya sanksiyalar fonunda müəyyən edilmiş qiymət limiti çərçivəsində neftin ölkələrə tədarük edilməsindən imtina edəcək. Müvafiq qanun layihəsinin 2022-ci il dekabrın 5-dən əvvəl imzalanmış müqavilələrə şamil olunmayacağı bildirilir.
Qeyd edək ki, qanun qüvvəyə mindiyi andan iyulun 1-dək qüvvədə olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!