Rusiyanın neft-qaz gəlirləri əsaslı şəkildə azalıb | Banco.az

Rusiyanın neft-qaz gəlirləri əsaslı şəkildə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın neft-qaz gəlirləri 52 faiz azalıb.

Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi ilin yanvar-aprel aylarını əhatə edən ilk rüblükdə ölkədə büdcə kəsirinin 3,4 trilyon rubl olduğunu açıqlayıb.

Sözügedən dövrdə büdcə gəlirlərinin ötən ilə nəzərən 22 faiz azalaraq 7,8 trilyon rubla gerilədiyi qeyd olunan açıqlamada büdcə xərclərinin isə 26 faiz artaraq 11,2 trilyon rubl olduğu vurğulanıb.

Açıqlamada həmçinin bildirilib ki, 2023-cü ilin ilk rübündə Rusiyanın neft və qazdan əldə etdiyi gəlir  2022-ci ilin eyni dövrü ilə müqayisədə 52 faiz azalaraq 2,3 trilyon rubl hesablanıb. Bu azalmanın əsas səbəbi kimi yüksək baza effekti göstərilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi büdcə kəsirini bağlamaq üçün ehtiyatlarından yuan və qızıl satışı həyata keçirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et