Rusiyanın neft nəhəngi 6,8 milyard dollar mənfəət əldə edib | Banco.az

Rusiyanın neft nəhəngi 6,8 milyard dollar mənfəət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın neft nəhəngi “Rosneft” 6,8 milyard dollar mənfəət əldə edib.

Banco.az xəbər verir ki, “Rosneft”dən verilən yazılı bəyanatda şirkətin ilin ilk yarımilliyində 3,9 trilyon rubl (təxminən 40 milyard dollar) gəlir əldə etdiyi bildirilib.

Bəyanatda həmçinin şirkətin sözüdən dövrdə xalis mənfəətinin 652 milyard rubla çatdığı qeyd olunub.

Bununla yanaşı, ilk yarımillikdə neft nəhənginin kapital xərcləri də 599 milyard rubl təşkil edib.

O da qeyd olunub ki, şirkət sözügedən dövrdə gündə 4 milyon barel neft hasil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et