2013-cü ildə Rusiyanın Mərkəzi Bankı milli valyuta kursuna dəstək vermək məqsədilə daxili bazarda 25.2 milyard dollar və 2.1 milyard avro satıb. Bu barədə Mərkəzi Bankdan alınan məlumatlara istinadən xəbər yayımlanıb.
2012-ci ildə satılan dolların həcmi 5 milyard, avronun həcmi isə 400 milyon təşkil etmişdir. Bu isə 2013-cü ilin göstəricilərindən demək olar ki, 5 dəfə azdır. 2013-cü ilin avqust ayında valyuta satışının həcmi maksimuma yüksəldi. Həmin dövr üzrə satılan dolların həcmi 5.4 milyarda, avronun həcmi isə 476 milyona çatdı.
2011-2012-ci illərdə Mərkəzi Bank tərəfindən alınan xarici valyutanın həcmi satılan valyutanın həcmindən çox olsa da, 2013-cü ildə bu vəziyyətin tam əksi müşahidə olunmuşdur.
İyun ayının ortasında Maliyyə naziri Anton Siluanov bildirmişdir ki, müəssisə valyutanı Mərkəzi Bankdan deyil, valyuta bazarından almağa üstünlük verir. Bu qərarla rublun məzənnəsinin azalacağı və Rusiya ixracatçılarına dəstək veriləcəyi gözlənilirdi. Bu xəbərin yayılması ilə 1 həftə ərzində avro və dolların qiymətində əhəmiyyətli dərəcədə artım müşahidə olundu. Nəticədə, hökumət milli valyutanı devalvasiya etmək niyyətində olmadığını bildirdi.
Sonda isə Maliyyə naziri bütün bu planlarından imtina etməli oldu. Sentyabr ayında Siluanov bildirdi ki, federal büdcənin gəlirləri kifayət qədər gərgin şəkildə icra olunduğu üçün müəssisə kursun məzənnəsinə təsir göstərməmək şərtilə cüzi valyuta müdaxiləsi həyata keçirmək niyyətindədir.
Banco.az / Sevinc İbadova