Rusiyanın Mərkəzi Bankı martın 3-nə olan investisiyaların həcmini 1,5 milyard dollar məbləğində artırıb | Banco.az

Rusiyanın Mərkəzi Bankı martın 3-nə olan investisiyaların həcmini 1,5 milyard dollar məbləğində artırıb

Rusiyanın Mərkəzi Bankı martın 3-nə olan investisiyaların həcmini 1,5 milyard dollar məbləğində artırıb

Məzənnə siyasətinin digər parametrləri dəyişilməz olaraq qalmaqdadır.

Rusiyada milli valyuta kursunun kəskin şəkildə azalması nəticəsində Mərkəzi Bank 3 mart tarixi üzrə toplanmış investisiyaların həcmini müəyyənləşdirmişdir. Qeyd edək ki, toplanmış investisiyaların həcmi 1.5 milyard dollar məbləğində müəyyən olunmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, 28 fevral tarixi üçün 350 milyon dollar həcmində investisiya müəyyən olunmuşdur.

Rusiya Bankının məlumatında bildirilir ki, bu tədbir maliyyə sabitliyi üçün risklərin meydana gəlməsinin qarşısını almaq məqsədilə rublun məzənnəsinin dəyişməsinin məhdudlaşdırılması yolu ilə həyata keçirilmişdir.

Mərkəzi Bankın məzənnə siyasətinin digər parametrlərində isə dəyişiklik qeydə alınmamışdır.

Sevinc Ibadova| Banco.az