Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Avqustun əvvəlində Rusiya prezidenti Vladimir Putin kriptovalyuta fəaliyyətini effektiv şəkildə qanuniləşdirən mədənçilik haqqında qanunu imzalayıb.
Banco.az xəbər verir ki, “BitRiver”in kommunikasiyalar üzrə baş direktorunun müavini Oleq Oqienko hesab edir ki, qanunun qəbulu Rusiyada “end-to-end” texnologiyalarının inkişafına təkan verəcək:
“Beynəlxalq arenada end-to-end texnologiyalarında rəqəmsal liderlik üçün hazırda mübarizə gedir. Rusiya da bu inovativlikdən geri qalmır.
Düşünürəm ki, yüksək texnologiyaların inkişafında hər hansı bir addım yeni iş yerlərinin açılması və iqtisadi yenilənmə deməkdir. Dövlət maliyyə sisteminə “yeni qan” gəlməlidir. Bu qanunun qəbulu da iqtisadiyyatı müasirləşdirib, inkişaf etdirəcək.
Hesab edirəm ki, yeni qanunun qəbulu ilə daha da nizam-intizam yaranacaq. Artıq bitkoin mədənçiliyə məşqul olanlara da dövlət dəstək olacaq.
Əgər elektrik enerjisi sərfiyyatında mədənçilər limitlər keçərsə bu halda onlar elektrik enerjisinin pulunu adi bir fərd kimi yox, fərqli şəkildə ödəyə bilərlər”.