Rusiyanın ən böyük bankının xalis mənfəəti 75 faizdən çox azalıb | Banco.az

Rusiyanın ən böyük bankının xalis mənfəəti 75 faizdən çox azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Sberbank”ın xalis mənfəəti 2022-ci ildə 75 faizdən çox azalıb.

Banco.az xəbər verir ki, Rusiyanın ən böyük bankı olan “Sberbank”ın xalis mənfəəti 2022-ci ildə əvvəlki ilə nəzərən 75,7 faiz azalaraq 300,2 milyard rubla düşüb.

Bu barədə bankdan yazılı bəyanat verilib.

Buna görə, bankın keçən ilin ikinci yarısından etibarən yenidən qazanc əldə etməyə başladığı, lakin 2022-ci ildə xalis mənfəətinin əvvəlki ilə görə 75,7 faiz azalaraq 300,2 milyard rubl olduğu məlum olub.

Bəyanatda bankın xalis mənfəətinin 2022-ci ilin dekabr ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,1 faiz artaraq 125,5 milyard rubla çatdığı bildirilib.

Xatırladaq ki, “Sberbank” ABŞ və Avropa İttifaqının sanksiya tətbiq etdiyi Rusiya bankları arasında olduğu üçün ötən il fəaliyyət göstərdiyi bir çox xarici ölkəni tərk etməli olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram