Rusiya Ehtiyat Fondu bu ilin fevral ayında rubl ekvivalentində 4,3% və ya 42,22 mlrd. rubl azalıb.
Dollar ekvivalentində Ehtiyat Fondunda azalma 0,11 mlrd. və ya 0,7% təşkil edib. Buna səbəb dolların fevral ayında rublla müqayisədə ucuzlaşması amili olub. Belə ki, fevralda məzənnə fərqi 40,82 mlrd. rubl və ya 0,7 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, Mlaiyyə Nazirliyi fevral ayında valyuta bazarına alış istiqamətində müdaxilə edib. Lakin bu vəsait Mərkəzi Bankın hesablarında qalıb və Ehtiyat Fonduna köçürülməyib.
©Report