Rusiyanın dəniz yolu ilə neft ixracında yeni rekord qeydə alınıb | Banco.az

Rusiyanın dəniz yolu ilə neft ixracında yeni rekord qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın dəniz yolu ilə xam neft ixracı hasilatın azaldılması planına baxmayaraq, yeni rekorda imza atıb.

Banco.az xəbər verir ki, Rusiya xam neft ixracının ümumi həcmi martın 31-də başa çatan həftədə gündəlik 1 milyon barel artaraq 4,13 milyona çatıb.

Qismən dəyişkən olan dörd həftəlik ortalama isə iyun ayından bəri ən yüksək səviyyəyə çatıb.

Xatırladaq ki, Rusiya G7 ölkələrinin qiymət həddi tətbiqinə cavab olaraq gündəlik neft hasilatını 500 min barel azaldacağını açıqlamış, Rusiya Baş nazirinin müavini Aleksandr Novak sözügedən qərarın icrasına ilin sonuna qədər başlayacaqlarını bildirmişdi.

Həmçinin qeyd edək ki, Rusiyadan Almaniyaya neft ixracı 2022-ci ilin sonunda dayanıb, Polşaya isə gündəlik təxminən 60 min barel azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Çin, Hindistan və Türkiyə vasitəsilə müxtəlif regionlara nəql edilən və hələ destinasiyasına çatmamış neft 3,29 milyon barelə çatmaqla yeni rekorda imza atıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et