Rusiyanın büdcə kəsiri 81 faiz azalıb | Banco.az

Rusiyanın büdcə kəsiri 81 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın büdcə kəsiri ötən ay 81 faiz azalaraq 308 milyard rubl olub.

Banco.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi ötən ay büdcə kəsirinin 2023-cü ilin eyni dövrü ilə müqayisədə 81 faiz azalaraq 308 milyard rubla (təxminən 3,4 milyard dollar) düşdüyünü bildirib.

Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, ölkə büdcəsinin gəlirləri yanvar ayında illik 76,6 faiz artaraq 2 trilyon 396 milyard rubla çatıb.

Sözügedən dövrdə büdcə xərcləri 13,2 faiz azalaraq 2 trilyon 704 milyard rubl, büdcə kəsiri isə 81 faiz azalaraq 308 milyard rubl olub.

Rusiyanın neft və təbii qaz gəlirləri 2024-cü ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 58,7 faiz artaraq 675 milyard rubl, qeyri-neft və təbii qaz gəlirləri isə 84,8 faiz artaraq 1,7 trilyon rubl olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et