Rusiyanın BRİKS ölkələri ilə ticarət həcmi 300 milyard dollara yaxınlaşıb | Banco.az

Rusiyanın BRİKS ölkələri ilə ticarət həcmi 300 milyard dollara yaxınlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın BRİKS ölkələri ilə ticarət həcmi 300 milyard dollara yaxınlaşıb.

Banco.az xəbər verir ki, Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov Rusiyanın Nijni Novqorod şəhərində BRİKS ölkələrinin sənaye nazirlərinin iştirak etdiyi iclasda açıqlamalar verib.

Əlixanov Rusiya ilə BRİKS ölkələri arasında ticarət həcminin davamlı olaraq artmağa davam edəcəyini bildirib. Onun sözlərinə görə, Rusiyanın ötən ilin sonunda BRİKS ölkələri ilə ticarəti 28 faiz artıb və 300 milyard dollar həddinə yaxınlaşıb.

Əlixanov bu artıma xüsusilə əmtəə ticarətinin təsir göstərdiyini diqqətə çatdırıb. 

"Ticarət həcmimiz bu ilin ilk 5 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb. Baza səviyyəsi xeyli artıb, lakin bu artımda müsbət tendensiya hələ də davam edir", o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Əlixanov bu il BRİKS-ə yeni qoşulan ölkələrlə ticarətin hələ ki, ticarət həcminin artması ilə bağlı rəqəmlərə daxil edilmədiyinə diqqət çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et