Rusiyanın beynəlxalq ehtiyatları kəskin şəkildə azalıb | Banco.az

Rusiyanın beynəlxalq ehtiyatları kəskin şəkildə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın beynəlxalq ehtiyatları sentyabrda əvvəlki ayla müqayisədə 12,6 milyard dollar azalaraq 569 milyard dollara düşüb.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı bəyanat yayıb.

Bəyanata görə, oktyabrın 1-nə ölkənin beynəlxalq ehtiyatları sentyabrın 1-i ilə müqayisədə 2,17 faiz azalaraq 581,6 milyard dollardan 569 milyard dollara düşüb.

Məlumat üçün qeyd edək ki, beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və Rusiya hökuməti tərəfindən idarə olunan valyuta, pul, qızıl və digər ehtiyat aktivlərindən ibarətdir.

Qərb ölkələri Ukraynadakı müharibə səbəbindən Rusiya Mərkəzi Bankının ehtiyatlarının təxminən yarısına çıxışı dondurmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et