Müəllif - Aida İsaq, Banco.az
Yanvarın 13-dən 20-dək Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 2,6 milyard dollar artaraq 594,6 milyard dollara çatıb. Həftəlik artım 0,4% təşkil edib.
Banco.az xəbər verir ki, beynəlxalq ehtiyatlar Mərkəzi Banka və hökumətə məxsus olan yüksək likvidlik səviyyəsinə malik xarici aktivlərdir.
Ötən ilin hesabatına əsasən, Rusiyanın beynəlxalq ehtiyatlarının ümumilikdə 8,4% azaldığı məlum olub. Ehtiyatların həcmi 2022-ci ilin fevralın 18-də pik həddə çataraq 643,2 milyard dollara yüksəlib. Lakin beynəlxalq sanksiyaların tətbiqindən sonra Rusiyanın beynəlxalq ehtiyatları azalmağa başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!