Rusiyanın beynəlxalq ehtiyatları 3,9 milyard dollar artıb | Banco.az

Rusiyanın beynəlxalq ehtiyatları 3,9 milyard dollar artıb

Müəllif - Fərid İslamov/Banco.az

Banco.az-ın məlumatına görə Noyabrın 10-dan noyabrın 17-dək Rusiyanın beynəlxalq ehtiyatları 3,9 milyard dollar artıb
Rusiyanın beynəlxalq ehtiyatları noyabrın 17-nə 581,2 milyard dollar təşkil edib, bu barədə Rusiya Bankı məlumat yayıb.

Noyabrın 10-na olan məlumata görə, beynəlxalq ehtiyatlar 577,3 milyard dollar olub, beləliklə, həftə ərzində 3,9 milyard dollar artıb.

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq ehtiyatlar Rusiya Bankının və hökumətin sərəncamında olan yüksək likvidli maliyyə aktivləridir. Onlar xarici valyuta aktivlərindən, monetar qızıldan, xüsusi borc almaq hüququndan (SDR, xüsusi borc almaq hüququ, Beynəlxalq Valyuta Fondu tərəfindən istifadə edilən hesab vahidi), BVF-də ehtiyat mövqedən və digər ehtiyat aktivlərdən ibarətdir.

Ən sərfəli krediti almaq üçün müraciət et