Rusiyanın Azərbaycanlı milyarderləri - SİYAHI | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Rusiyanın Azərbaycanlı milyarderləri - SİYAHI

Forbes jurnalı Rusiyanın 200 ən varlı şəxsinin adını açıqlayıb. Siyahıda 5 Azərbaycan əsilli şəxsin adı da yer alıb. Bakıda doğulmuş "Lukoil" prezidenti Vahid Ələkbərov 16,4 milyard sərvətlə siyahıda 4-cü yerdə qərarlaşıb.

Qubanın Qırmızı Qəsəbə ərazisində doğulmuş Zarak İliyev və Qod Nisanov siyahıda 36 və 37-ci yerlərdə qərarlaşıb. Onların ümumi sərvəti 3,3 milyard dollardır. Araz Ağalarov 1,8 milyardla 54-cü, Fərhad Əhmədov isə 1,4 milyardla 69-cu yerdədir.

Qeyd edək ki, Rusiyanın ən varlı şəxsi ünvanını 19,1 milyard sərvətlə Vladimir Lisin qazanıb. 2-ci yerdə isə 18,7 milyarda sahib Aleksey Mordaşovdur. O, "Severstal"ın sahibidir. Ötən il isə siyahıda lider 18 milyard məbləğlə Leonid Mixelson idi. 

Qaynarinfo