Rusiyalı səfirin öldürülməsi lirəni ucuzlaşdırıb | Banco.az

Rusiyalı səfirin öldürülməsi lirəni ucuzlaşdırıb

FED-in qərarından sonra dollar qarşısında məzənnəsi stabilləşən lirə dekabr ayının 19-dan yenidən ucuzlaşmağa başlayıb. 

Buna əsas səbəb isə Türkiyədə Rusiya səfiri Andrey Karlovun öldürülməsidir.

Dünən gün ərzində dolların məzənnəsi 3,50 lirə təşkil edirdisə, səhər saatlarında 3,5350 lirəyə qədər yüksəlib. Avro 3,6730 lirə, funt isə lirə qarşısında 4,3780-ə qədər yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən həftə FED-in qərarından sonra  dollar/TL 3,5410-a qədər yüksəlmişdi. Dünən baş verən terror aktı isə lirənin dollar qarşısında 1,93% dəyər itirməsinə səbəb olub.

Mənbə: Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et