Rusiyalı milyarder gələn il üçün ölkə iqtisadiyyatının vəziyyətini proqnozlaşdırıb | Banco.az

Rusiyalı milyarder gələn il üçün ölkə iqtisadiyyatının vəziyyətini proqnozlaşdırıb

Müəllif - Aida İsaq, Banco.az

"AFK Sistema" şirkətinin ən böyük səhmdarı Vladimir Yevtuşenkov Rusiyada iqtisadi artımın 2024-cü ildə başlayacağını bildirib. Banco.az xəbər verir ki, iş adamı 2023-cü ilin Rusiya iqtisadiyyatı üçün çətin olacağını proqnozlaşdırıb.

Milyarderin sözlərinə hazırda işgüzar əlaqələr və proseslər yeni şəraitə uyğunlaşır. "Yeni əlaqələrin qurulması, əvvəllər yalnız xəritədən tanıdığımız ölkələrlə münasibətlər çox çətin formalaşır” - deyə Yevtuşenkov bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı üçün əsas problem texnoloji gerilik riskidir. O, adətən, texnoloji geriləmənin beş-yeddi il və ya daha çox müddətə öz təsirlərini göstərdiyini vurğulayıb.

Apreldə Yevtuşenkov Qərbin ona qarşı sanksiyalar tətbiq etməsindən sonra holdinqin direktorlar şurasını tərk edib. 2021-ci il üçün Rusiyanın 200 ən varlı iş adamı siyahısında Yevtuşenkov 41-ci yerdə qərarlaşıb.. Onun sərvəti 3,4 milyard dollar olaraq qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram