Rusiyalı dizaynerdən maraqlı təklif – Yeni nəsil sürücüsüz yük maşınları istehsal olunacaq | Banco.az

Rusiyalı dizaynerdən maraqlı təklif – Yeni nəsil sürücüsüz yük maşınları istehsal olunacaq

Yükləmə sahəsində çalışanlar işlərini itirə bilərlər, çünki yaxın gələcəkdə robotlar və avtomatik idarə olunan yük avtomobilləri onları əvəz edəcək. ABŞ şirkətləri  daha əvvəl yükləmə sahəsində çalışan işçiləri əvəzləyəcək robotlar istehsal etmişdilər. Məlumdur ki, yükləyici robotlar dünyada atıq çox istifadə olunur. “Volvo” şirkəti də bu tip yük avtomobillərinin istehsalı ilə məşğul olmağa başlayıb. “Volvo”nun pilotsuz yük maşınları artıq ilk sifarişlərini qəbul edib.

Rusiya bütün sahələrdə olduğu kimi bu sahədə də Qərb ölkələri ilə yarışmaq niyyətindədir.

Rusiyalı dizayner Artemiy Lebedev sürücüyə ehtiyacı olmayan avtomobilin necə hazırlanacağı ilə bağlı planını təqdim edib.

Artemiy Lebedev “Gazprom”, “Yandex”, “Microsoft” kimi şirkətlərlə əməkdaşlıq edir. 2010-cu ildə Lebedevin studiyası, yük maşınlarının arxasında böyük monitor qurma fikrini irəli sürdüyü üçün “Reddot Design Award”a (Reddot Dizayn Mükafatı) layiq görülmüşdü. Yük maşınının arxa hissəsinə quraşdırılmış monitorlar onun ardınca hərəkət edən avtomobilin sürücüsünə yolun ön hissəsinə nəzarət etməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

Artemiy Lebedev hazırda üzərində çalışdığı yük maşınına “Qruzovikus” adını qoyub. İxtiraçı dizayner  onu gələcəyin transportu kimi təsvir edir.

Artemiy Lebedevin “Qruzovikus”u adi bir yük maşını kimi arxasında ağır qoşquları çəkə bilir, amma sürücü oturacağı yoxdur. Bunun əvəzinə, avtomobilin ön tərəfində hava axınını iki hissəyə ayıran aerodinamik bir ekran var. Bundan əlavə, yük maşının ön hissəsi ağır olduğuna görə yolda o daha sabit hərəkət edir. Çox güman ki, onun içində xüsusi batareyalar və kompüter yerləşdiriləcək. “Qruzovikus” kameralar və sensoların vasitəsilə  yolları izləyə biləcək və malları doğru yerə çatdıracaq. Dizaynerlərin fikrincə,  o fasiləsiz işləyə biləcəyinə görə nəqliyyatın dəyərini azaldacaq. Batareyanı bir dəfə doldurmaqla bu yük maşınının qət etdiyi ümumi məsafə 200 kilometri aşa bilər. Lakin “Tesla” yük maşınında  bu rəqəm 800 km-ə bərabərdir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç