Rusiyadan "taxıl OPEC-i qurulsun" təklifi | Banco.az

Rusiyadan "taxıl OPEC-i qurulsun" təklifi

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Qordeyev, qlobal taxıl bazarlarında sabitliyin təmin olunması və qlobal aclıqla bağlı problemlərin həlli üçün taxıl sektorunda OPEC-ə bənzər bir təşkilat yaradılmasını təklif edib. 

Rusiya Hökumətinin Mətbuat xidmətindən verilən yazılı açıqlamada, Qordeyevin Almaniyaya səfər etdiyi və səfər çərçivəsində Almaniyanın Kənd təsərrüfatı və ərzaq naziri Julia Klöckner ilə görüşdüyü bildirilib.

Görüşdə Qordeyev ilə Klöcknerin qlobal taxıl bazarlarındakı prosesləri müzakirə etdikləri bildirilən açıqlamada, "Qordeyev, qlobal taxıl bazarlarında sabitlik təmin olunması və qlobal aclıqla bağlı problemlərin həlli üçün taxıl sektorunda OPEC-ə bənzər bir təşkilat yaradılmasını təklif edib",- deyilir. 

Son 5 ildə kənd təsərrüfatı sektoru təxminən 20 faiz böyüyən Rusiya, eyni zamanda, dünyanın ən böyük taxıl ixracatçısıdır.

Marja