Rusiyadan taxıl ixracı artıb | Banco.az

Rusiyadan taxıl ixracı artıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiya 2022-ci ilin oktyabr-noyabr aylarında xaricə taxıl satışını illik ifadədə təxminən bir yarım dəfə artırıb. Banco.az xəbər verir ki, Ukraynadan tədarük isə 2012-ci il müqaviləsinin uzadılması ilə bağlı yaranan qeyri-müəyyənliyin davam etməsi fonunda azalır.

Məlumata görə, 2022-ci il oktyabrın 1-dən noyabrın 14-dək Rusiya dəniz yolu ilə 6,53 milyon ton taxıl və digər ərzaq məhsulları ixrac edib. 2021-ci ilin eyni dövründə isə xaricə 4,59 milyon ton satmağa nail olub. Analitiklər ixrac artımını dünya bazarında taxıla olan yüksək tələbat və rus tədarükçüləri tərəfindən təklif olunan rəqabətli qiymətlərlə əlaqələndirir.

Xarici logistika və sığorta şirkətləri Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra ikinci dərəcəli sanksiyalardan ehtiyat edərək Rusiya taxılından imtina ediblər. Satışların azalmasında əlavə amil rublun möhkəmlənməsi və müəyyən olunan ixrac rüsumudur. Bununla belə, Türkiyə və Ukrayna ilə taxılla bağlı müqavilə bağlandıqdan sonra Rusiya dünyanın ən böyük buğda ixracatçısı olmağa davam edə bilər.

Bundan başqa noyabrın 19-da müddəti başa çatan müqavilənin uzadılmayacağı və Ukrayna limanlarından taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin fəaliyyətini dayandıracağı ilə bağlı narahatlıqlar davam edir. Bu isə, Rusiyanın son zamanlarda sövdələşmədə iştirakını dayandırması ilə bağlıdır. Nəticədə Ukrayna ixracının azalması müşahidə olunur.  BMT-nin məlumatına görə, noyabrın ilk 13 günündə taxıl daşıyan 31 gəmi ölkə limanlarını tərk edib. Halbuki, oktyabrın eyni dövründə onların sayı 90-a çatırdı. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram