Rusiyadan sərmayə çıxışı azalıb | Banco.az

Rusiyadan sərmayə çıxışı azalıb

Rusiyadan sərmayə çıxışı bu ilin yanvar-oktyabr dövründə 31,6 milyard dollar təşkil edib.

Rusiya Mərkəzi Bankından verilən məlumata görə, keçən ilin yanvar-oktyabr dövründə ölkədən sərmayə çıxışı 41,2 milyard dollar ikən, rəqəm bu ilin eyni dövründə 31,6 milyard dollara geriləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Məlumatda, xüsusilə xarici borc ödəmələrinin keçən ilin eyni dövrü ilə müqayisədə daha az olduğu, bu səbəbdən sərmayə çıxışında da azalmanın davam etdiyi qeyd edilib. 

Mərkəzi Bankın təxminlərinə görə, Rusiyada bu il cəmi 40 milyard dollarlıq sərmayə çıxışının reallaşması gözlənilir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et