Rusiyadan qaza qiymət limitinin tətbiqi təklifi Avropa Ittifaqının energetika nazirləri arasında geniş dəstək almayıb.
Adı açıqlanmayan iki Aİ diplomatına istinad edən “Reuters“ agentliyinin məlumatına görə, bu təklif "cümə günü keçirilən görüşdə Aİ-nin enerji nazirləri tərəfindən geniş dəstək almadı".
Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, Avropa Komissiyası “bütün qazın qiymətlərinin aşağı salınmasına kömək edəcək, eyni zamanda Avropaya qaz tədarükünü riskə atmayacaq” təklifi ilə çıxış etməlidir.
Bundan əvvəl bildirilmişdi ki, Aİ ölkələrinin energetika nazirləri sentyabrın 9-da keçiriləcək növbədənkənar iclasda enerji qiymətlərinin yüksək olması səbəbindən Aİ-də tətbiq oluna biləcək əlavə tədbirləri müzakirə edəcəklər.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!