Rusiyadan bu ölkəyə neft ixracı rekord həddə çatıb | Banco.az

Rusiyadan bu ölkəyə neft ixracı rekord həddə çatıb

​Müəllif - Aida İsaq, Banco.az

Rusiyadan Hindistana neft ixracı rekord həddə çatıb.

Banco.az xəbər verir ki, ötən ilin dekabrında Rusiyadan xam neft tədarükləri noyabr ayı ilə müqayisədə 24 faiz çox olub. Əsas alıcılar arasında özəl neft emalı zavodları üstünlük təşkil edib. Dekabrda Rusiya gündə 1,17 milyon barel neft nəql etməklə ardıcıl üçüncü ay Hindistanın ən böyük neft ixracatçısına çevrilib. 

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Hindistan Rusiyadan gündə cəmi 36,2 min barel xam neft alıb.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et